Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, ölkənin səhiyyə naziri Teymur Musayevlə görüşərək, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib. Səfir “X” sosial şəbəkəsində bu barədə paylaşım edib. O, yazıb: “Bu gün biz səhiyyə naziri Teymur Musayevlə Ukrayna-Azərbaycan əməkdaşlığının səhiyyə sahəsində möhkəmləndirilməsini müzakirə etdik. Birlikdə səhiyyənin keyfiyyətini və əlçatanlığını yaxşılaşdırmağa çalışırıq.”Eyni zamanda, səfir müharibədən zərər çəkmiş ukraynalı uşaqların reabilitasiya proqramına görə Azərbaycana təşəkkür edib.
“Ukrayna səfiri Yuri Qusev Azərbaycan səhiyyə naziri Teymur Musayevlə əməkdaşlıq müzakirələri aparıb”
BƏNZƏR MƏQALƏLƏR