Sabahdan etibarən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası Azərbaycanda fəaliyyətə başlayacaq. Bu barədə ATƏT DTİHB-in missiya rəhbəri Ditmir Buşati Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə məlumat verib. Avqustun 1-də missiyanın fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransı keçiriləcək. Növbəti 6 həftə ərzində müşahidə missiyası tərəfindən görüləcək işlərin xülasəsi təqdim olunacaq. Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.
Bu, Azərbaycanda demokratik proseslərin şəffaflığını təmin etmək üçün mühüm addım kimi qiymətləndirilir.