Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan güləşçiləri üçün maarifləndirici seminar təşkil edib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən, Qubada keçirilən seminarda, Paris olimpiadasına aid antidopinq qaydaları barədə ətraflı məlumat verilib.Seminarda antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, dərman preparatlarının yoxlanılması, terapevtik istifadə üçün istisnalar və digər mövzular müzakirə olunub. Həmçinin, olimpiadada ölkəni təmsil edəcək güləşçilər, digər yığma üzvləri, məşqçilər və həkimlər AMADA-nın yeni fəaliyyətə başlayan maarifləndirici platformaları barədə də məlumatlandırılıblar.
AMADA Paris-2024 Olimpiya Güləşçiləri üçün Maarifləndirici Seminar Təşkil Etdi
BƏNZƏR MƏQALƏLƏR