Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda panel müzakirələri baş tutub.
Paneldə “TRT World” baş prodüsseri Ghida Fakhry moderatorluq edib və dezinformasiyanın hakimiyyətin siyasətinin qurbanı ola biləcəyini vurğulayıb. O qeyd edib ki, saxta xəbərlər geniş yayılıb və bu, insanların həqiqi məlumatlardan xəbərsiz qalmasına səbəb olur. “TRT World”ün aparıcısı və müxbiri Jaffar Hasnain isə 44 günlük müharibə zamanı beynəlxalq medianın Azərbaycanı işğalçı kimi təqdim etməsi kimi yanlış təəssüratlar yaratdığını bildirib. TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman dezinformasiyanın müharibələrin bir hissəsi olduğunu və yeni texnologiyaların sayəsində daha güclü silaha çevrildiyini qeyd edib.