Bazar, Sentyabr 8, 2024
spot_img
HomeDÜNYATürkiyənin tanınmış restoran idarəçisi Vedat Maden rəsmi olaraq "Qarabağ TV"yə reportaj verdi.

Türkiyənin tanınmış restoran idarəçisi Vedat Maden rəsmi olaraq “Qarabağ TV”yə reportaj verdi.

-Siz Azərbaycandakı restoranlara yad deyilsiniz. Sizcə, Azərbaycan Türkiyə kimi restoran sənayesində inkişaf edə biləcəkmi?

-Əlbəttə, Bakıda gözəl restoranlar var, amma biz bir az da yenilikçi olmalıyıq. Əgər azərbaycanlılar qərb mətbəxi üçün daha yenilikçi ola bilsələr, daha sürətlə inkişaf edə bilərlər.

-Ən çox sevdiyiniz Azərbaycan yeməyi hansıdır? Sizcə Azərbaycan mətbəxində hansı yeməklər məşhurdur?

-Bir dəfə azərbaycanlı restoran sahibi ilə işləmişəm. Orada gördüklərim təkcə Azərbaycan yeməkləri deyildi, Özbək yeməkləri də var idi. Əti sevən biri kimi lülə kababını çox bəyənirəm.

-Azərbaycanda fəaliyyət göstərən Etiler, İzmir restoranı, Anadolu restoranı və bir çox başqa məşhur restoranlardan hansını daha çox bəyənirsiniz?

-Bakıda Green Garden’a getdim, yeməkləri və atmosferini çox bəyəndim.

-Yenidən Azərbaycandan təklif gəlsə, qəbul edərdinizmi?

-Hələlik Türkiyədə yeni restoranla işləyirəm, hələki fikirləşmirəm.

-Azərbaycan sizin üçün nə ifadə edir?

-Yaxşı bir türk millətçisi olaraq, mənim üçün Türkiyə nədirsə Azərbaycan’da eynidir.

-Sizcə, son vaxtlar Azərbaycanda bir çox sektorlar kimi restoran, yemək qida və restoranların idarəçiliyinin türklərə verilməsinin yaxşı tərəfləri hansılardır?

-Fikrimcə azərbaycanlılar özlərini yetişdirməlidir, idarəçilik də ön sırada olmalıdırlar, türk xalqı qərb və dünya mətbəxində daha yaxşı və daha uğurludur, burdakı ən böyük mühüm amil dünya mətbəxinin çox uzun illər əvvəl bizim ölkəmizə gəlməsidir.

-Qarabağa gəlib orada türk restoranı işlətməyə razı olarsınız?

-Əlbəttə, mümkündür, niyə də olmasın, bu sektorda nə vaxt, harada işləyəcəyini heç vaxt bilmirsən.

-Sizcə niyə Avropadan, Rusiyadan, Yaxın Şərqdən gələn idarəçilər Azərbaycanda uğur qazana bilmirlər, amma türklər bu baxımdan çox üstündürlər.

-Uğursuzluqlarının ən böyük amili dini, dili, irqi və ən böyük səhvləridir ki, insanı duyğuları ilə idarə etməyi bilmirlər, tamam, peşəkarcasına davranıb onları işə götürürlər, biz türklər həm duyğular ilə həm də iş biliyimiz ilə hərəkət edirik, bunu bir avropalıdan görə bilməzsiniz.

-Azərbaycandan Türkiyəyə yeni gələnlərə hansı restoranları tövsiyə edərdiniz?

-Demək istədiyim o qədər variant var ki, getdiyim və bəyəndiyim bir neçə restoranın adını çəkməli olsam, Sultanahmetdəki Türk, İtalyan mətbəxi olan Grace Rooftop restoranını məsləhət görərəm.

-Türkiyə ilə eyni tarixi paylaşsaq da, Azərbaycanın yemək mədəniyyəti fərqlidir bunun haqqında nə fikirləşirsiniz?

-Təbii ki, fərqlər var, hər şey coğrafiya ilə bağlıdır. Azərbaycan mətbəxində Rus və Qafqaz yeməkləri olduğu halda, Türkiyə öz yemək mədəniyyətini qoruyub saxlamış, həm də qərb mətbəxini mənimsəmişdir.

-Bakıda bölgə yeməkləri deyiləndə ağıla türk restoranları gəlir. Köşebaşı, Günaydın, Bazar Turkish Cuisine, Ayintap kabap və bir çox başqa restoranlar Bakıda yerli restoranların gerisində qalır, siz bu haqqda nə fikirləşirsiniz?

-Əslində əvvəlcə buna cavab verdim, hər şey keyfiyyət və idarəetmə qabiliyyəti fərqindən gedir, adını çəkdiyiniz və sadalamadığınız restoranların Türkiyənin bir çox yerində filialları var və sektorda ciddi söz sahibi olan restoranlardır. Hansı bölgədə açılır, nə yeyilir, nə içilir araşdırdıqdan sonra restoran açılmalıdır.

-Azərbaycanda çoxlu küçə yeməkləri var, restoranlardan sonra Türkiyədən bizə gəlib. Bu haqda fikirləriniz?

-Hər kəs restorana gedə bilmədiyi üçün mütləq olmalıdır, mən də küçə ləzzətlərini çox sevirəm, küçə ləzzətləri Türkiyədə böyük bazardır və Azərbaycanda bu sektorun zamanla böyüyəcəyinə inanıram.

-Bakıda yaşayanlar türk yeməklərini sevsələr də, restoranlarda qiymətlərdən şikayətlənirlər, sizcə türk yeməklərinin qiymətləri niyə Türkiyədən fərqlidir?

-Əslində, hazırda Türkiyədə hər şey çox bahadır, inflyasiya çox yüksəkdir, alıcılıq qabiliyyəti zəifdir, inflyasiya və qiymət artımlarından sonra mülk sahiblərinin tələb etdiyi yüksək kirayə qiymətləri təbii olaraq restoran menyularında yer alır.

Son olaraq Vedat bəyə bizə müsahibə verdiyi üçün minnətdarıq! İşlərində uğurlar arzulayırıq!

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt