Cümə, İyul 26, 2024
spot_img
HomeAZƏRBAYCANBəxtiyarın Əvəzi !

Bəxtiyarın Əvəzi !


Bu yazıda sizlərə Əvəz Əzimovdan bəhz edəcəyik.
Əzimov Əvəz Cəlal oğlu 1992-ci ilin oktyabr ayının 4 də Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olmuşdur . Onun adının mənası kəndə bayraq sancan zaman Şəhid olan Bəxtiyar Əzimovun əvəzi kimi qoyulmuşdur . O da əmisi Şəhid Bəxtiyar kimi bir çox igidlik və şücaət göstərmişdir . 2010-cu il oktyabr ayının 5-i hərbi xidmətə yollanmış, 2012-ci ilin may ayının 1-i hərbi xidməti başa vurmuşdur . Daim hərbi xidmətə can atan Əvəz 2015-ci ilin yanvar ayının 18-i rəsmi olaraq müddətdən artıq hərbi xidmətçi kimi vətənin keşiyində dayanmışdır. 2016-cı il Aprel döyüşləri zamanı igidlik göstərərək bir çox əsgəri neytral zonadan çıxarmış, Fəxri Fərman və bir çox mükafatlar almışdır . 28 il həsrətdən sonra 44 günlük müharibə zamanı Füzuli , Şuşa və Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişdir və qazi olmuşdur . Hər zaman şəhid əmisi Bəxtiyar Əzimovu örnək almışdır özünə . Allahdan şəhidlərimizə rəhmət , qazilərimizə can sağlığı arzulayırıq! Şəhidlər ölməz Vətən bölünməz!

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt