Parisdə yerləşən Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Azərbaycan Olimpiya Evi”nin açılışı keçirilib. Açılış mərasimində iştirak edənlər arasında Azərbaycan Respublikasının İdman Naziri Fərid Qayıbov, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Yunus Demirer, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, diplomatik korpusun nümayəndələri və fransalı qonaqlar yer alıb.
Qonaqlar, Paris yay Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı idmançılara uğurlar arzulayıblar. Tədbirdə Mərdan Kazımov və qrupu Azərbaycan musiqilərini ifa edib. Olimpiya oyunları zamanı “Azərbaycan Olimpiya Evi”ndə müxtəlif mövzulu silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, yay Olimpiya oyunlarına 15 idman növü üzrə 48 azərbaycanlı idmançı qatılıb.