Türkiyə hökuməti ildə 1 milyona yaxın elektromobil istehsal etməyi planlaşdırır. Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə məlumat verərək, bu məqsədə çatmaq üçün 5 milyard ABŞ dolları dəyərində təşviq paketinin başladığını açıqlayıb. İyulun əvvəlində Türkiyə, Çin şirkəti “BYD” ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb və bu müqavilə çərçivəsində ildə 150 min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavod açılacaq. Digər şirkətlərlə də danışıqlar davam edir və bu layihə hələ başlanğıcdır.
Türkiyə ildə 1 milyon elektromobil istehsal etməyi planlaşdırır
BƏNZƏR MƏQALƏLƏR