ADA Universitetində keçirilən dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.Çıxışlarda qeyd olunub ki, müsabiqə çərçivəsində qazanılan təcrübə və biliklər, eləcə də bir illik mentorluq proqramı qaliblərin peşəkar həyatlarına əhəmiyyətli təsir göstərəcək. Tədbirin sonunda Təşkilat Komitəsinin sədri və üzvləri builki qaliblərə diplomlar təqdim edərək xatirə şəkilləri çəkdiriblər.Qaliblər bir il ərzində dövlət qurumlarının rəhbərləri və iri şirkətlərin top-menecerləri tərəfindən fərdi karyera məsləhətləri almaq, kadr ehtiyatı bankına daxil edilmək və 20 000 manat dəyərində pul mükafatı qazanmaq imkanı əldə edəcəklər. Bu ilki müsabiqədə 25 nəfər qalib gəlib.“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.
ADA Universitetində “Yüksəliş” Müsabiqəsinin Qalibləri Mükafatlandırılıb
BƏNZƏR MƏQALƏLƏR