Cümə, Oktyabr 4, 2024
spot_img
HomeAZƏRBAYCANAzərbaycan Afrika Ümumdünya İrs Fonduna Dəstəyini Davam Etdirəcək

Azərbaycan Afrika Ümumdünya İrs Fonduna Dəstəyini Davam Etdirəcək

Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır. Bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil edilən “Afrikada Ümumdünya İrs Strategiyasının həyata keçirilməsi” mövzusunda müzakirələr zamanı bildirib.Diplomat qeyd edib ki, Afrikanın zəngin irsinin qorunmasının vacibliyini nəzərə alaraq Azərbaycan bu fonda maliyyə yardımı edib və dəstəyini davam etdirmək niyyətindədir. E.Abdullayev vurğulayıb ki, Afrikanın sadiq dəstəkçisi kimi Azərbaycan hər zaman UNESCO-nun Prioritet Afrika ilə bağlı təşəbbüslərini dəstəkləyib və Afrikada potensialın gücləndirilməsi fəaliyyətinə xüsusi diqqət yetirir.

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt