Çərşənbə axşamı, Noyabr 19, 2024
spot_img
HomeSiyasətBMT-nin Azərbaycandakı nümayəndə heyəti Bakı Limanına səfər edib

BMT-nin Azərbaycandakı nümayəndə heyəti Bakı Limanına səfər edib

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Bu barədə Bakı Limanının mətbuat xidməti məlumat yayıb. Qonaqları Bakı Limanının Baş direktoru Taleh Ziyadov qarşılayıb. Görüşdə Bakı Limanının davamlı inkişaf təşəbbüslərini sürətləndirmək üçün ətraf mühitin mühafizəsi və ESG layihələrində tərəfdaşlığın gücləndirilməsinə diqqət yetirilib. Qeyd olunub ki, Bakı Limanı Azərbaycandan 2022-ci ildə BMT-nin Qlobal Sazişinə qoşulan və “Gündəlik 2030″a töhfə verən ilk dövlət qurumudur.

Müzakirələrdə dənizçilik sahəsində qadınların rolunun artırılması və SDG təsirin ölçülməsi mexanizmlərinin yaradılması kimi mövzular da yer alıb. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Ələt icmasını sosial və peşə proqramlarına cəlb etmək üçün birgə resurslardan istifadə olunması planlaşdırılıb.

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt