Cümə, Oktyabr 4, 2024
spot_img
HomeAZƏRBAYCANAMEA prezidenti İsa Həbibbəyli Şuşa-Daşaltı Seysmik Stansiyasındakı işlərlə tanış oldu

AMEA prezidenti İsa Həbibbəyli Şuşa-Daşaltı Seysmik Stansiyasındakı işlərlə tanış oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq yaradılan Şuşa-Daşaltı Dərin Quyu seysmik stansiyasında aparılan quruculuq işləri ilə yerində tanış olub.

AMEA-dan bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli yeni qurulan stansiyada görülmüş işlər barədə ətraflı məlumat verib. Həmçinin, stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin layihəsini təqdim edib.

Şuşa ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsinin başa çatdırıldığı və ilkin məlumatların Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosuna ötürülməsinə başlanıldığı qeyd olunub. Mərkəzdə isə məlumatların qeydə alınması, təhlili və proqnozlaşdırılması prosesinə start verilib. Yaxın günlərdə isə stansiyanın ətrafında xidməti-texniki infrastrukturun yaradılması, giriş yolunun abadlaşdırılması və yaşıllıq sahəsinin salınması işləri aparılacaqdır.

AMEA rəhbəri, Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin layihəsi barədə fikirlərini bölüşərək, stansiya ətrafında istinad divarlarının hörülməsi və müvafiq iş şəraitinin yaradılmasının vacibliyini vurğulayıb, qurumun istifadəyə verilməsi işinin sürətləndirilməsi barədə tapşırıqlarını çatdırıb.

Qeyd edək ki, Şuşa-Daşaltı Dərin Quyu seysmik stansiyası və onun bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin Azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Qarabağın işğaldan azad edilmiş ərazilərində və Şərqi Zəngəzurda 8 yerdə seysmoloji stansiya quracaqdır.

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt