Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanın sirləri” kitabının müqəddiməsində Türkiyə və Azərbaycan arasındakı münasibətlərə və türk birliyinin güclənməsinə dair əhəmiyyətli fikirlər səsləndirib. O, 2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü bərpa etməsini və bu zəfərin Türk dünyasının birliyini daha da gücləndirdiyini vurğulayıb.Ərdoğan, Zəngəzur dəhlizinin Türk dövlətləri arasında ticarət, iqtisadiyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, səhiyyə xidmətləri kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını artıracağını qeyd edib. O, türk dövlətlərinin bir-birinə bağlılığı və birliyinin dünya sülhünə böyük töhfə verəcəyinə inandığını bildirib.Ərdoğan həmçinin türk astronavtın kosmosda Azərbaycan və Türkiyə bayraqlarını bir yerdə dalğalandırmasını vurğulayaraq, türk dövlətlərinin bir-birinə bağlılığının simvolik göstəricisi kimi bunu dəyərləndirib. O, türk mədəniyyətinin və sivilizasiyasının əbədi yaşamasını və gələcək nəsillərin bu milli şüurla yetişməsini arzulayıb.
Ərdoğan: Türk Birliyi Dünya Sülhünün Təminatıdır
BƏNZƏR MƏQALƏLƏR