Çərşənbə axşamı, Noyabr 19, 2024
spot_img
HomeDÜNYAİsrail Müdafiə Naziri: "Hizbullah Eskalasiyasına Sürətli və Gözlənilməz Zərbə Vurulacaq"

İsrail Müdafiə Naziri: “Hizbullah Eskalasiyasına Sürətli və Gözlənilməz Zərbə Vurulacaq”

İsrailin müdafiə naziri Yoav Qalant, ölkənin şimalındakı hərbi hissələrdən birinə səfəri zamanı, Hizbullah hərbçilərinin eskalasiyasına cavab olaraq Livana hər an gözlənilməz və kəskin zərbə endirə biləcəklərini bildirib. Qalant, İsrailin şimal bölgəsində məhdud döyüş əməliyyatları apardıqlarını və İsrail Müdafiə Qüvvələrinin gücünün kiçik bir hissəsindən istifadə etdiklərini qeyd edərək, hər şeyin bir anda dəyişə biləcəyini və bu dəyişikliklərin sürətli, gözlənilməz və çox kəskin olacağını vurğulayıb.

O, həmçinin, İsrailin Hizbullahla razılaşmalar yolu ilə vəziyyəti həll etməyə hazır olduğunu bildirib. Hizbullah, BMT-nin qətnaməsinə uyğun olaraq sərhəd xəttindən uzaqlaşaraq Litani çayının o tayındakı ərazilərə keçməyə razı olarsa, onlarla sövdələşmə edilə biləcəyini qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt