Bununla bağlı məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb. Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən yeddi şəhid iyulun 18 və 19-da müxtəlif yerlərdə dəfn ediləcək:
- 18 iyulda:
- Hərbçi Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsi Şəhidlər xiyabanında.
- Hərbçi Kərimov Yaşar Ələkbər oğlu Neftçala rayonu Qaramanlı kəndində.
- Hərbçi Nağıyev Zahid Baxış oğlu Ağdam rayonu Evoğlu kəndində.
- Hərbçi Abbasov Akif İlyas oğlu Gəncə şəhər Şəhidlər xiyabanında.
- 19 iyulda:
- Hərbçi Rəsulov Rəhim Əlyar oğlu Sumqayıt şəhər Şəhidlər xiyabanında.
- Hərbçi Hümbətov Bəxtiyar Əliş oğlu Yevlax şəhər Şəhidlər xiyabanında.
- Mülki şəxs Vəliyev İbrahim Ələşrəf oğlu İmişli rayonu Şəhidlər xiyabanında.
Allah rəhmət etsin!