Bazar, Sentyabr 8, 2024
spot_img
HomeİdmanBerti Foqtsa görə milliyə imtina edən, gecə klublarında görünən, adı Azərbaycan model...

Berti Foqtsa görə milliyə imtina edən, gecə klublarında görünən, adı Azərbaycan model ilə hallanan Branimir Subaşiç Qarabağ Tv’yə reportaj verdi.

Qarabağ TV-nin xüsusi dəvəti ilə Branimir Subaşiçlə keçirilən maraqlı müsahibə zamanı aşağıdakı məqamlar müzakirə olunmuşdur.

-Salam Branimir ilk öncə sizi xoş gördük necəsiniz? Necə gedir işləriniz?

-Salam xoş gördüm, mən işimdən zövq alaraq işləyirəm və bu mənə xoş təəssürat bəxş edir. Sizə də öz həyatınızdan zövq almanızı tövsiyyə edirəm.

-Sizi sevənlər, Azərbaycan fanatlarınız sizi unutmayıb!

-Bunu eşitmək xoşdur.

-Azərbaycan mediası heç vaxt sizi unutmur zaman-zaman vaxt tapdıqca sizinlə intervyu müsahibə hazırlayırlar bəs siz Azərbaycanı unutmusunuz?

-Azərbaycan mənim həyatımda gördüyüm ən gözəl şəhərlərdən biridir. Demək olar ki, artıq həyatımın bir hissəsinə çevrilibdir. Mənim üçün Azərbaycanın rayonlarında gəzmək belə özü ayrı bir zövqdür.

-Neftçi yoxsa Azərbaycan millisi?

-Neftçi! Neftçi klubunu zirvədə görmək mənim üçün böyük qürurdur. Çünki Neftçinin daha yaxşı olma potensialı çoxdu və zirvədə olmağa layiqdir.

-Branimir bilirsiz həm millidə həmdə Neftçidə, Xəzər Lənkəranda sizi böyük kütlə sevir unutmayıblar. Nə üçün 40 günlük müharibə vaxtı Azərbaycanı dəstəkləmədiniz?

-Mənim həmçinin Serbiyada müsahibələrim olubdur və mən çətin günlərdə belə Azərbaycanı dəstəkləyirdim. Könlüm Azərbaycandadır.

-Sirr deyilsə Azərbaycan millisində , ümumi götürdükdə ən çox məvacib hansı Azərbaycan klubu sizə maaş ödəyirdi? Deyilənə görə sizin zamanınızda ən çox məvacib alan futbolçu siz olmusunuz.

-İnanıram ki, bu vacib deyil və doğru deyil… Bir an üçün həqiqətən yaxşı idim və Azərbaycanı tərk etdim. Bu, bəlkə də yanlış addım idi. Mən sadəcə səhv zamanda, səhv klubda oldum.

-Hal hazırda nə işlə məşğulsunuz? Yenidən Azərbaycandan hər hansı bir təklif gəlsə qəbul edərsiniz? -Həqiqətən də bəzi işlərim var, amma həm də düşünürəm ki, kiminsə dəvəti ilə yenidən Azərbaycanda işləmək necə olar. Ancaq dürüst olmaq lazımdırsa, mən Azərbaycan və Serbiya arasında diplomatiya sahəsində işləmək istərdim.

-Azərbaycanlı model Validə Abbasova ilə gələcək əlaqələriniz var? Vaxtı ilə söhbət gəzirdi, hətta siz onunla bərabər biznes qurmaq iddiasında olmusunuz?

-Burada dostum var, yalnız doğum günündə bir-birimizi təbrik edirik, başqa cür əlaqəmiz yoxdur.

-Brane vaxtı ilə sizi gecə klublarında görürdülər, siz sarışın göy gözlü uzun boy oğlan idiniz bu isə Azərbaycanlı qadınların ən çox bəyəndiyi tip idi, bu kimi hallar ailədə qısqanclıq yaradırdı?

-Hazırda bəzi səhvlərimi görürəm, amma o zaman tək idim və darıxırdım. Çölə çıxmağı sevirdim, evdə oturmurdum. Bakını hər cəhətdən gördüm. Peşəkar idim, amma o qədər də peşəkar deyildim. Bu, bəlkə də mənim səhvim idi, amma gözəl zamanlar idi. Daha peşəkar olsaydım, daha yaxşı olardım. Lazım olan qədər oynayırdım. Karyeramdan sonra anladım ki, yalnız lazım olan qədər oynayırdım, amma daha çox edə bilərdim! Özümü 100% istifadə etmədim.

– Səhv etmirəmsə qızınızın adını Leyla qoymaq istəyirdiz nə oldu? Yoldaşınız icazə vermədi? Sizi hər kəs Azərbaycanlı sayırdı Azərbaycanlılara çox bənzəyirsiz.

-Leyla adı çox gözəl addır, eyni zamandan Azərbaycan adları çox gözəldir.

-Azərbaycan millisini istəyirsiz? Hal hazırki yığmamızdan nə gözləyirsiniz ? Yeni baş məşqçi Fernando Santos təyin edildi. Sizcə yığmamızından uğur gözləməyə dəyər?

-Həmişə izləyirəm və həmişə gözləntilərim var. Amma baxın, nəyi sevirəm: İspaniya məşqçisi U17-U19 komandalarının baş məşqçisi idi və indi birinci komandanın baş məşqçisidir. Bu bir plandır. Azərbaycan da uzunmüddətli plana malik olmalıdır.

-Həqiqətən Brane yığmamızda qolların ilə çox fərqlənirdin Berti Foqts ilə aranızda problem yaranmışdı səbəb nə idi?

-Bu adam çox çətin idi. Fiziki komandamı 10 günə hazırlamaq istəyirdi. Bu mümkün deyildi.

-Azərbaycan musiqisi dinləyirsiniz? Azərbaycanda ən çox dinlədiyiniz müğənni kim olub?

-Hazırda xeyir, amma əvvəllər dinləyirdim. Mənim dövrümdə Röya var idi. Amma Azərbaycan rəqslərini sevirəm, baxmağı xoşlayıram.

-Bildiyiniz kimi 2020-ci ilə 44 günlük vətən müharibəsində Azərbaycan qələbə çaldı , tarixi torpaqlarımızı işğaldan azad etdik. Azərbaycana gələndə Qarabağı ziyarət etmək niyyətiniz var?

-Həqiqətən çox istərdim. Cənab Əliyevi bəzi şəbəkələrdə izləyirəm. Mükəmməl adam, çox cəsur. Bravo. Kimsə məni Qarabağ bölgələrinə aparsa, çox sevinərdim. Burada bəzi Azərbaycanlı dostlarım var və söhbət edirik.

-Siz eyni zamanda Azərbaycan pasportunada sahibsiniz , milli pasportun nə kimi üstünlükləri var ?

-Düşünürəm ki, pasportumun müddəti bitib. Amma yenisini almaq istəyirəm.

-Bane eşitdiyimizə görə sizin Bakıda eviniz var, hetda biznesiniz də, hal-hazırda Azərbaycandakı biznesiniz nə yerdədi?

-Xeyir yoxdur.

-Fabio Luis Ramim haqqında fikirləriniz? Sizcə Azərbaycanda öz oyunu ilə sevilməyə layiq idi?

-Mənə görə o, o vaxtda yaxşı oyunçu idi.

Son olaraq isə Brane bizə sual ünvanladı.

-Azərbaycan da həyat gedir? Azərbaycan futbolu haqqında nə düşünürsünüz? Sizcə gələcəkdə yaxşı olacaq yoxsa pis?

-Futbolla çox maraqlanmıram, amma tez-tez baxıram. Azərbaycan futbolunda bəzən düzgün taktika və planların qurulmaması və ya oyunçuların bu taktikalara əməl etməməsi xoşuma gəlmir, gələcəkdə daha uğurlu addımlar atacağına inanıram, bəli Azərbaycan da həyat davam edir.

Sonda isə Branimir Subaşiç’ə bizi qırmayıb müsahibə istəyimizi qəbul etdiyi üçün təşəkkür edirik!

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt