Cümə, Dekabr 20, 2024
spot_img
HomeSiyasət"Azərbaycanda Saxta Domenlərin Bloklanması 2,2 Dəfə Azaldı"

“Azərbaycanda Saxta Domenlərin Bloklanması 2,2 Dəfə Azaldı”

Bu ilin ilk yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən bu rəqəm, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.Yanvar-iyun aylarında Azərbaycanda 41 yeni domen dövlət qurumlarının istifadəsinə verilib ki, bu da 1 il əvvələ nisbətən 29 % azalma deməkdir. Bu dövrdə dövlət qurumlarına 157 yeni subdomen də verilib ki, bu isə illik müqayisədə 40 % artım göstərir.2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Həmin dövrdə 186 saxta domen aşkarlanaraq bloklanıb.

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt