“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transferini yüksək qiymətləndirib. Klubun mətbuat xidmətinə istinadən, ukraynalı mütəxəssis bu keçidin komanda üçün əla olduğunu bildirib. Qriqorçuk, hücumçunun transferindən məmnun olduğunu ifadə edib:
“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.
Qeyd edək ki, “Neftçi” Azərbaycan millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb. 28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək. Ramil Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi “Kocaelispor” olub.