Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşündə, Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə edib. Mikayıl Cabbarov bu barədə “X” sosial şəbəkəsindəki hesabında bildirib. Görüşdə xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Azərbaycan və İsrail iqtisadi əlaqələri gücləndirir
BƏNZƏR MƏQALƏLƏR