Şənbə, Dekabr 21, 2024
spot_img
HomeAZƏRBAYCANAzərbaycanda Aqrar sektoru inkişaf edir.

Azərbaycanda Aqrar sektoru inkişaf edir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 6 milyard 19 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Qarabağ TV-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % artıb.Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,4 % azalaraq 2 milyard 881 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,1 % artaraq 3 milyard 138 milyon manat təşkil edib.İyulun 1-nə qədər qarğıdalı da daxil olmaqla tarlalardan 1 957,5 min ton və ya ötən ilin eyni dövrünə nisbətən 5,6 % az dənli və dənli paxlalı bitkilər, 859,2 min ton (3,4 % çox) tərəvəz, 358,1 min ton (17 % az) kartof, 174,6 min ton (8,4 % çox) meyvə və giləmeyvə, 127,8 min ton (14,4 % çox) bostan məhsulları, 10,7 min ton (2 dəfə çox) şəkər çuğunduru və yaşıl çay yarpağı yığılıb.6 ay ərzində diri çəkidə 290,3 min ton ət, 1 milyon 134,1 min ton süd, 1 milyard 189,1 milyon ədəd yumurta, 13,8 min ton yun və 239,5 ton barama istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,7 %, süd istehsalı 1 %, yumurta istehsalı 7,4 % artıb, yun istehsalı 1,6 %, barama istehsalı isə 32,8 % azalıb.

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt