Qarabağ! Qarabağ münaqişəsi, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzərində mübarizəsidir.Birinci Qarabağ müharibəsi(1988-1994) 1988-ci ildə başlamış və 1944-cü ildə atəşkəslə nəticələnmişdir. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan qüvvələri Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etdi. Çoxsaylı insan itkisi və yüz minlərlə məcburi köçkün meydana gəldi.İkinci Qarabağ müharibəsi(2020) 27 sentyabr 2020-ci ildə başladı və 44 gün davam etdi. Azərbaycan ordusu genişmiqyaslı əməliyyatlarla işğal olunmuş əraziləri geri aldı. 10 noyabr 2020-ci ildə Rusiya vasitəçiliyi ilə atəşkəs razılaşması imzalandı. Bu razılaşmaya əsasən Ermənistan bəzi rayonları Azərbaycana qaytardı. Müharibə nəticəsində minlərlə şəhidimiz və qazimiz oldu. Azərbaycan Dağlıq Qarabağın bir hissəsini və ətraf rayonları nəzarətə aldı.Hər iki müharibə Cənubu Qafqazda siyasi və demoqrafik dəyişikliyə səbəb oldu və regional təhlükəsizlik məsələlərini ön plana çıxardı. Bu hadisələr nəticəsində Qarabağ həm Azərbaycanın qanayan yarası həm də dirəniş və ümid simvoludur. Qarabağın yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün görülən səylər davam edir.
Qarabağ müharibəsi- Qanlı və zəfərli yol
BƏNZƏR MƏQALƏLƏR