Azərbaycanın tarixində sevilən şəxslərdən olan Mirsultan Bəyin Azərbaycana gəlişi 1918-ci illərə təsadüf edir. Müsəlman konfransı zamanı Cümhuriyyətin qurucularından olan Rəsulzadə ilə yaxından tanış olur. Sonradan bu tanışlıq möhkəm dostluğa çevrilir. Rəsulzadənin dəvəti ilə Bakıya gələn Sultan Bəy ilk öncə Bakıda mühüm işlər görür. Idil Ural Respublikasının qurucuların olan Sultan bəy özü ilə Bakıya Kazandan , Ufadan yararlı insanları dəvət edir . Sonra Qarabağa gələn Sultan bəy burada məktəblərə öz tövhəsini verir. İnqilabçı , millət xadimi eyni zamanda müəllim olan Sultan bəy Azərbaycan və Idil Ural Respublikaları arasında isti münasibət yaranmasına şərait yaradır . Sonradan Cümhuriyyətin işğalı eyni zamanda İdil Ural Respublikasının sosialistlər tərəfindən yıxılmasından sonra Avropaya üz tutur . Sonradan vətəninə qayıdan Sultan bəy 1938-ci ildə Stalin tərəfindən vəhşicəsinə güllələnir. Allah rəhmət etsin, hüzur içində yatsın.
Sultan Bəyin Azərbaycana gəlişi
BƏNZƏR MƏQALƏLƏR