“Zəfər” zirvəsinə “Dəmir yumruq” ekspedisiyası təşkil olunub – VİDEO

Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərinin iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Dəmir yumruq” ekspedisiyası keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.
Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinistlər Quba rayonu ərazisindəki “Zəfər” zirvəsinə yürüş edib.

Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Zəfər” zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Qaynaq : https://apa.az/az/xeber/herbi/zefer-zirvesine-demir-yumruq-ekspedisiyasi-teskil-olunub-video-669738Qaynaq

Bu xəbəri paylaş
Share on facebook
Share on twitter
Share on telegram
Share on whatsapp
Share on pinterest

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.