Kiyevdə Azərbaycanın Zəfər Günü münasibətilə bilbordlar yerləşdirilib (FOTO)

Bakı. Trend:

Ukraynanın Kiyev şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr – Zəfər Günü münasibətilə bilbordlar yerləşdirilib.

Trend-in məlumatına görə, SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”nin təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Bayramın mübarək, Azərbaycan!” şüarı yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Bakının atəşfəşanlıq şəkilləri əks olunub.

Zəfər Günü ilə bağlı bilbordlar Kiyevin mərkəzi küçə və prospektlərində, həmçinin Borispol Beynəlxalq Hava Limanına gedən yolda nümayiş olunur.

Bundan başqa “SOCAR Energy Ukraine” məxsus 60-a yaxın yanacaqdoldurma məntəqələrində Zəfər Günü ilə bağlı bayram videoçarxları da yayımlanır.


Qaynaq : https://az.trend.az/azerbaijan/gundem/3509363.html

Bu xəbəri paylaş
Share on facebook
Share on twitter
Share on telegram
Share on whatsapp
Share on pinterest

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.