Hulusi Akar: “Qarabağ bu gün azaddır”

“Bu qürur günündə can qardaşlarımızla bir araya gəlməkdən məmnunuq”.

APA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertindən əvvəl çıxışında deyib.

Türkiyəli nazir bu gün Qarabağın azad olduğunu bəyan edib: “Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər, Laçın bu gün azaddır və ana vətənə qovuşub. Azərbaycan türkü yaşadığı çətinliklər qarşısında yıxılmadı, “artıq bəsdir” deyərək Vətəninə, haqqına, hüququna, öz torpaqlarına sahib çıxdı”.


Qaynaq : https://apa.az/az/xeber/herbi/hulusi-akar-qarabag-bu-gun-azaddir-669733

Bu xəbəri paylaş
Share on facebook
Share on twitter
Share on telegram
Share on whatsapp
Share on pinterest

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.