Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakı, 10 noyabr, AZƏRTAC

Rusiyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin noyabrın 10-da Moskvada keçirilən Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskvadakı Aleksandr bağında “Naməlum əsgər” abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Sonra xatirə fotosu çəkdirilib.

Daha sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.


Qaynaq : https://azertag.az/xeber/Azerbaycanin_mudafie_naziri_MDB_Mudafie_Nazirleri_Surasinin_novbeti_iclasinda_istirak_edib-1922518

Bu xəbəri paylaş
Share on facebook
Share on twitter
Share on telegram
Share on whatsapp
Share on pinterest

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.