Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.


Qaynaq : https://azertag.az/xeber/Azerbaycan_Ordusunda_andichme_merasimleri_kechirilib-1921082

Bu xəbəri paylaş
Share on facebook
Share on twitter
Share on telegram
Share on whatsapp
Share on pinterest

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.