Çərşənbə, Oktyabr 2, 2024
spot_img
HomeAZƏRBAYCANParis Olimpiadasında France2 Telekanalının Azərbaycana Qarşı İttihamlarına Etiraz

Paris Olimpiadasında France2 Telekanalının Azərbaycana Qarşı İttihamlarına Etiraz

İyulun 26-da Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib və Ermənistanı Fransanın dostu adlandırıb. Bu hadisə ilə bağlı Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bir bəyanat yayıb.Bəyanatda bildirilir ki, France2 telekanalının bu davranışı Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bir neçə qətnaməsi, o cümlədən “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” adlı qətnamə (A/RES/78/10), bu prinsipləri tanıyıb və dəstəkləyib. Xartiyada açıq şəkildə göstərilib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) missiyası idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır.Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi, baş verən hadisə ilə əlaqədar olaraq, Beynəlxalq Olimpiya Komitəsinə rəsmi etiraz məktubu göndərib. Məktubda France2 telekanalının Azərbaycana qarşı göstərdiyi hörmətsiz münasibətin Olimpiya Xartiyasının açıq pozulması olduğu vurğulanıb. Bu cür təbliğatın oyunların ruhuna zidd olduğu və Azərbaycan-Ermənistan sülh səylərinə zərər verə biləcəyi qeyd edilib. BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi və Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, həmçinin adıçəkilən telekanala etiraz bildirməsi xahiş edilib.

BƏNZƏR MƏQALƏLƏR
spot_img

ƏN ÇOX OXUNAN

Qaynar Xətt