Ukrayna 2024-cü ilin noyabr ayının sonuna qədər ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib. O, administrasiyası və diplomatik komandası qarşısında belə bir vəzifə qoyduğunu vurğulayıb.
Zelenski qeyd edib ki, Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsi və Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlər münaqişəni ədalətli nəticəyə gətirəcək üç əsas komponentdir.